Erçellə ayrılan Kerem Bürsinin yeni sevgilisi üzə çıxıb - FOTO

Keçən il apreldə serial çəkilişləri zamanı bir-birinə aşiq olan türkiyəli məşhur aktyorlar Kerem Bürsin və Hande Erçel bu yanvar ayrılıblar.

34 yaşlı Bürsinin Erçelle ayrılıqdan qısa müddət sonra idman spikeri Elif Gökalpla görüşdüyü barədə xəbər yayılıb.

Bürsinin “Instagram”da izlədiyi məşhur sima ilə tanışlıq mərhələsində olduğu iddia edilir.

Qeyd edək ki, Hande Erçelin ayrılıq xəbərinin ardınca markasını təmsil etdiyi “Atasay”ın baş direktoru Atasay Kamerlə eşq yaşadığı söylənilirdi. Cazibədar aktrisa bu iddiaları rədd etmişdi.

Mənbə: Takvim

0.32922315597534