İsrail Ukraynada səhra xəstəxanası yerləşdirəcək

İsrail hökuməti Ukraynanın qərbində səhra xəstəxanası yerləşdirəcək.

Bu barədə İsrail Dövlətinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Onun azı bir ay fəaliyyət göstərəcəyi planlaşdırılır.

Xəstəxananın yaradılması və istismarının dəyəri 6,4 milyon dollar təşkil edəcək.

Xəstəxanada təcili yardım otağı, doğum şöbəsi və kişilər, qadınlar və uşaqlar üçün müalicə palataları olacaq. Xəstəxanada həmçinin Şiba hospitalından gətirilən rentgen aparatları da olacaq.

Mənbə: Korrespondent

0.44644284248352