İranda bələdiyyə məmuru səyyar satıcını dəyənəklə döydü - VİDEO

Sosial mediada danışığından Güney azərbaycanlı olduğu anlaşılan İran vətəndaşının bələdiyyə məmuru tərəfindən dəyənəklə döyüldüyünü göstərən video yayılıb.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, videodan da göründüyü kimi, bələdiyyə məmuru səyyar satıcını vəhşicəsinə döydükdən sonra onun satdığı portağal arabasını özü ilə aparır.

Xatırladaq ki, sosial mediada İranda bir çox vətəndaşın işsizlik, bahalıq, kəskin inflyasiya kimi bir sıra səbəblərdən ailəsini dolandırmaq üçün səyyar satıcılığa üz tutmasına baxmayaraq, onların bələdiyyə məmurları tərəfindən sərt şəkildə döyülməsinə dair tez-tez videolar yayılır.

 

1.0290801525116