Aydın Sani polis bölməsinə düşməsindən danışdı - VİDEO

 

ARB TV-nin “Onun sirri” verilişinin növbəti qonağı ifaçı Aydın Sani olub. 

İfaçı polis bölməsinə düşməsindən danışıb: 

“Bir dostumuz var idi, digər dostumla onun yanına getmək istəyirdik. Taksiylə getdik oraya. Elmar elə bilmişdi ki, pulu mən vermişəm, mənsə elə bilirdim ki, o verib. Məkana çatıb düşəndə, deyəsən, Elmar kişiyə “gözlə” dedi. Dostumuzla görüşüb, 3-4 saat oturduq. Elmar səhəri gün getməli idi. Mən evə gəldim. Səhərə yaxın qapı döyüldü, qapını atam açdı, polis idi.

Düşündük ki, yəqin, qonşuda hadisə olub, sadəcə maraqlanırlar. Dedilər ki, bizimlə bölməyə getməlisiniz. İnsan özünə arxayın olanda rahat olur. Atam dedi, mən də gəlim, dedim, bir-iki saata gəlməsəm, maraqlanarsan. Getdim, görürəm, bir kişi qanlı-qanlı mənə baxır. Tanış da gəlmir. Axırda soruşdum ki, niyə baxırsınız? Dedi ki, dünən sizi 4 saat gözləmişəm. Dedim ki, bu məsələyə görə şikayət etmək lazım deyildi, aydınlaşdırdıq. Kişi gənc olmağımıza bağışlayıb pulunu üçqat alacağını dedi. "Yaxşı", - deyib halallaşdım”.

 

0.35132694244385