Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr - FOTO

Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.

Bu barədə Moskva Səhiyyə Departamentinin yetkin sakinlərin sağlamlığı üzrə baş mütəxəssisi Andrey Tyajelnikov bahar fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərə tövsiyələrində bildirib.

O izah edib ki, hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz-fındıq, müəyyən ədviyyatlar, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, eləcə də yağlı, şirin məhsulların istifadəsi istisna edilir, yaxud ən azı ciddi şəkildə məhdudlaşdırılır.

“Əgər kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman pəncərələrə cuna tuta bilərsiniz ki, tozcuqların otağa daxil olmasının qarşısını alsın. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür”, - Tyajelnikov əlavə edib.

O vurğulayıb ki, çiçəkləmə dövründə yağışlı havada gəzmək yaxşıdır, meşəyə, parka getmək isə elə də tövsiyə olunmur.

Mənbə: Gazeta.ru

0.35830307006836