Dünyanın ən gözəl qızından plastik əməliyyat ETİRAFI - FOTO

Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən dünyaca məşhur model Bella Hadid rinoplastika etdirdiyini illər sonra etiraf edib.

Dünyanın ən gözəl qızı hesab edilən fələstin əsilli model 14 yaşında ikən burun formasını dəyişib.

Daha əvvəl heç bir plastik əməliyyat keçirmədiyini iddia edən 25 yaşlı model gənc yaşlarında etdiyi rinoplastikadan indi peşman olduğunu bildirib:

“Kaş ki, ata-babalarımdan qalan burnunu heç dəyişməyəydim”.

“Vogue” jurnalına danışan Hadid bir müddət anoreksiya ilə mübarizə aparmasından danışıb və buna görə depressiyadan müalicə aldığını da deyib.

Məşhur model özünü həmişə böyük bacısı Gigi Hadiddən daha çirkin gördüyünü, lakin özünü daha diqqətçəkici hiss etdiyini bildirib.

Hadid etdiyi yeganə əməliyyatın rinoplastika olduğunu vurğulayıb.

0.30955600738525