Rusiyalı ata məktəbli qızını polisə verdi

Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində taksi sürücüsü işləyən kişi avtomobilin oğurlanması barədə ərizə ilə polisə müraciət edib.

Məlum olub ki, onun avtomobilini səkkizinci sinifdə oxuyan qızı qaçırıb.

Hadisə barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qız şəhəri gəzmək üçün atasından avtomobilin açarlarını oğurlayıb.

Məlumata görə, o, artıq yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatda olub.

Yeniyetməyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı maddəsinin 1-ci hissəsi (“Oğurluq məqsədi olmadan avtomobili və ya digər nəqliyyat vasitəsinə qanunsuz olaraq sahiblənmək”) üzrə cinayət işi açılıb. Məktəbliyə beş ilədək həbs cəzası verilə bilər

Bundan əlavə, avtomobili qaçırılan ata barəsində də valideynlik vəzifələrini yerinə yetirməməsi ilə bağlı protokol tərtib edilib. Onu inzibati cərimə gözləyir.

Mənbə: lenta.ru

0.38437604904175