Ağcabədidə traktor avtomobil ilə toqquşub, iki nəfər ölüb – FOTO

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

APA xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsinə baş verib.

Hərəkətdə olan traktor qarşıdan gələn “BMW” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "BMW"-nin sürücüsü Hindarx sakini Quliyev Sadiq Vahid oğlu və sərnişini rayon sakini Məmmədov Loğman İlqar oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanıb qəza zamanı ölənlərin kimliyi araşdırılır

0.368567943573