Bakıda avtomobil yandırmaqda şübhəli bilinən qardaşlar saxlanıldı

Nərimanovda avtomobil yanıb. 

Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıb.

0.33356809616089