Şirkət ağacları kəsdi, Nazirlik hərəkətə keçdi

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Bu barədə Xeber-ps.com-a Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev məlumat verib.

O bildirib ki, araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman iki ağacın qanunsuz köçürüldüyü, üç ağacın isə kəsildiyi müəyyən edilib: 

“Faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür”.

Könül Cəfərli

0.46477317810059