Novruz tonqalı Balaxanı qəsəbəsinin bir hissəsini işıqsız qoydu - FOTO

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Hacı Soltan küçəsində məhəllə sakinləri tərəfindən qalanmış Novruz tonqalı qəzaya səbəb olub.

Xeber-ps.com xəbər verir ki, gur alov ərazidən keçən elektrik naqillərini əridərək qəsəbənin bir hissəsinin işıqsız qalmasına səbəb olub.

Hazırda “Azərişıq” ASC-nin əməkdaşları hadisə yerində iş aparır. Elektrik təminatının tezliklə bərpa olunacağı bildirilir.

0.33821797370911