Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.3487241268158