Adil Karaca həyat yoldaşı ilə tanışlığından DANIŞDI: “Dedim nə gözəl qızdır, bununla evlənərdim” - VİDEO

İfaçı Adil Karaca xanımı ilə tanışlığından danışıb

O bu barədə ARB TV-nin “Söz baz” verilişində söz açıb.

“Türkiyə Konsulluğu tədbir keçirirdi. Dostlarım zəng vurdu ki, iştirak edərsən? Təbii ki - dedim. Xanımım da dostunun ad günündə başqa restoranda idi. Dostlarına deyib ki, Türk gecəsi var, gəlin, ora gedək. Gəldilər, mən də səhnəyə çıxdım. Gördüm ki, ondan başqa hər kəs oynayır. Öz-özümə “nə gözəl qızdır, kaş bu qızla evlənərdim” dedim. Qardiroba getdim, baxdım ki, bir qız şəkil çəkdirməyə gəldi. Dedim vaxtım azdır, başqa proqrama da gedəcəyəm. O da, dostlarım da sizinlə şəkil çəkdirmək istəyir - dedi. Gördüm ki, xanımım da oradadır. Şəkil çəkdirdik. Xanımım dedi ki, “YouTube”da mahnılarınız var? Dinləmək istəyirəm. Adımı, soyadımı yazdım. Birinə dedim ki, get, o uzunboylu qızın nömrəsini istə, de ki, ciddidir. Görüşüb danışdıq. 2 il sonra rəsmi nikah etdik”, - deyə ifaçı qeyd edib.

0.3062150478363