Mənzil problemi: Evi olmayanlar evlənməsinlər? - VİDEO

Azərbaycanda ailələrin mənzil problemi həmişə olub. Evlənənlərin əksəriyyəti şəxsi mənzili olmadan ailə qurub. 

Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində sosioloq Üzeyir Şəfiyev deyib. 

O, “gənclərin evi yoxdursa, evlənməsinlər” fikri ilə razılaşmadığını bildirib. Sosioloqun sözlərinə görə, ev problemi sağlam əsaslar üzərində qurulan ailəyə əngəl yarada bilməz.

“Elə rayonlar var ki, orada pay torpağı verilmədiyindən gənclər iş və mənzil dalınca paytaxta axın edirlər. Urbanizasiyanın qarşısı alınmalıdır”, - deyə o qeyd edib.

0.35723900794983