Bakıda avtoservis yanıb

Bakıda avtoservis yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtoservisin mənfi 1-ci mərtəbəsində, sahəsi 105 m² olan mühərrik təmiri sexində şüşə-pambıqdan ibarət tavan və içərisində 30 m² sahədə əşyalar yanıb. Yüksək temperaturdan sahəsi 40 m² olan rəngləmə sexinin lambirdən ibarət tavanı 20 m² sahədə, sahəsi 32 m² olan kafenin mətbəxinin tavanı və 5 m² sahədə plastikdən ibarət qapısı əriyib.

Avtoservisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.38130879402161