Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb

Yevlaxda dəm qazından zəhərlənən qadın xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, Yevlax rayon Havarlı kənd sakini, 2002-ci il təvəllüdlü F.İsmayılova yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb, lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.34373307228088