Ağstafada maşın ağaca çırpılıb, sürücü ölüb - FOTO

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, yol qəzası Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Dağ Kəsəmən kənd sakini, 35 yaşlı Teymur Mahmud oğlu Salıfov ağır xəsarətlər alıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.36560010910034