Xəzər rayonunda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda, hasara alınmış ərazidə 230 m² sahədə tikinti materialları, yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və həyətyanı sahədə ümumi sahəsi 16 m² olan külafirənginin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 230 m² olan birmərtəbəli mansarda tipli evin yanar konstruksiyaları və ümumi sahəsi 270 m² olan mansarda tipli evin ondulindən ibarət dam örtüyü 200 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

0.40035605430603