Təzə gəlin dəm qazından boğularaq öldü

Mingəçevirdə yeni ailə quran gəlin dəm qazından boğularaq ölüb. 

APA xəbər verir ki, hadisə Havarlı kəndində qeydə alınıb.  Ailə üzvləri İsmayılova Fərizə Vüqar qızı vanna otağında huşsuz vəziyyətdə aşkarlayıb. Hadisə yerinə tibb işçiləri cəlb olunsa da F.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb. 

F.İsmayılovanın əslən Goranboy rayonundan olduğu, 4 ay əvvəl ailə qurduqdan sonra Havarlı kəndinə köçdüyü bildirilir.

0.33811593055725