Luis Suares karyerasını ABŞ-da davam etdirə bilər

Madrid “Atletiko”sunun uruqvaylı futbolçusu Luis Suares karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirə bilər.

Bu barədə idman jurnalist Nikolo Skira öz şəxsi “Twitter” hesabında məlumat verib.

Belə ki, “Atletiko”nun 35 yaşlı forvardla müqaviləni yeniləmək istəməməsi ABŞ klubunun rəhbərliyini hərəkətə gətirib.

Qeyd edək ki, L.Suares bu mövsüm futbol üzrə İspaniya çempionatında 29 matçda iştirak edib, 11 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

0.33604407310486