Aleksandr Səmədov “Lokomotiv”dən ayrılmağına aydınlıq gətirdi

Moskvanın “Lokomotiv” klubunda seleksiyaçısı vəzifəsini icra edən Aleksandr Səmədov komandada tutduğu postu tərk etdiyini təsdiqləyib.

A. Səmədov klubla əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.

Daha əvvəl isə rusiyanın bir neçə nüfuzlu idman nəşri  əslən azərbaycanlı olan Aleksandr Səmədovun Moskvanın “Lokomotiv” klubunun gənclərdən ibarət futbol komandasının baş seleksiyaçısı vəzifəsindən uzaqlaşdırılıdığını yazmışdı.

Məlumat üçün qeyd edək ki, A. Səmədov futbolçu karyerasını 2019-cu bitirib.

Mənbə: Championat

0.335618019104