ÇL: “Liverpul”dan ikinci qol, “Atletiko” “Mançester Siti” səfərində - YENİLƏNİR + VİDEO

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.

Lissabonda “Benfika” “Liverpul”u qəbul edirsə, “Atletiko” “Mançester Siti”nin qonağıdır.

Artıq Portuqaliyadakı matçda ikinci qol vurulub.

“Liverpul” Manenin qolu ilə hesab arasındakı fərqi artırıb.

 

23:22

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.

Lissabonda “Benfika” “Liverpul”u qəbul edirsə, “Atletiko” “Mançester Siti”nin qonağıdır.

Artıq Portuqaliyadakı matçda hesab açılıb.

“Liverpul” Konatenin qolu ilə hesabda önə çıxıb.

23:01

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilir.

Lissabonda “Benfika” “Liverpul”u qəbul edirsə, “Atletiko” “Mançester Siti”nin qonağıdır.

Artıq hər iki qarşılaşmada start fiti səslənib.

22:21

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Lissabonda “Benfika” “Liverpul”u qəbul edəcəksə, “Atletiko” “Mançester Siti”nin qonağı olacaq.

Artıq hər iki qarşılaşma üçün start heytləri açıqlanıb:

“Benfika”: Vlaxodimos, Jilberto, Otamendi, Vertongen, Qrimaldo, Wayql, Taarabt, Silva, Everton, Ramos, Nunyez

“Liverpul”: Alisson, Aleksandr-Arnold, Konate, Van Dayk, Robertson, Fabinyo, Keyta, Tyaqo, Mane, Salah, Diaz

 

“Mançester Siti”: Ederson, Stons, Laport, Ake, Kanselo, De Brün, Rodri, İlkay, Mahrez, Sterlinq, B.Silva

“Atletiko”: Oblak, Lodi, Mandava, Saviç, Felipe, Vrsaliko, Koke, Kondoqbia, Llorente, Qrizman, Joao Feliks

10:40

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Xeber-ps.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Madrid “Atletiko”su İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. Komandalar rəsmi matçlarda ilk dəfə üz-üzə gələcəklər. Bu görüş son İngiltərə və İspaniya çempionlarının qarşılaşması kimi maraqla gözlənilir.

Gecənin digər matçında “Benfika” Lissabonda turnirin favoritlərindən sayılan “Liverpul”u qəbul edəcək. Komandalar sonuncu dəfə 2010-cu ildə qarşılaşıblar. Həmin matç UEFA Avropa Liqasının 1/4 finalı çərçivəsində baş tutub. 2010-cu il aprelin 2-də baş tutmuş Lissabondakı ilk görüşdə “Benfika” paraqvaylı hücumçusu Oskar Kardosonun penaltidən vurduğu qollarla 2:1 hesabı ilə qalib gəlib. Maraqlıdır ki, bu komandaların Çempionlar Liqasındakı son qarşılaşmasında da “Benfika” adlı-sanlı rəqibini məğlub edib. 2006-cı il martın 8-də Portuqaliya komandası Liverpulda 2:0 qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

5 aprel

23:00 “Mançester Siti” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Oynamayacaqlar: Ruben Dias, Benjamen Mendi, Kalum Palmer (hər üçü “Mançester Siti”), Yanik Karrasko, Xose Ximenes, Ektor Erera (hər üçü “Atletiko”)

23:00 “Benfika” (Portuqaliya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Xesus Xil Mansano (İspaniya)

Oynamayacaqlar: Lukas Verisimo, Rodriqo Pinyo (hər ikisi “Benfika”)

Oynayacağı sual altında olan: Nabi Keyta (“Liverpul”)

Səbuhi Musa

0.3719699382782