Azərbaycanın iki idmançısı lisenziya turnirində finala yüksəldi - YENİLƏNİB

Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçıları Bəhruz Miryəyev (BC-4) və Sona Ağayeva (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında finala vəsiqə qazanıblar.

Xeber-ps.com-ın məlumatına görə, finalda Mirzəyev ukraynalı Artyom Kolinko, Ağayeva isə portuqaliyalı Ana Korreya ilə qarşılaşacaqlar.

Digər idmançı Orxan Kərimov (BC-2) isə bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabka ilə mübarizə aparacaq.

Final görüşü aprelin 7-si saat 19.00-da, bürünc medal uğrunda qarşılaşma isə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

15:02

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boççia idman növü üzrə milli komandasının üzvləri yarımfinala vəsiqə qazanıblar.

Xeber-ps.com-a verilən məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında öz kateqoriyaları üzrə yarımfinala vəsiqə qazananlar Bəhruz Mirzəyev (BC-4), Sona Ağayeva (BC-2) və Orxan Kərimovdur (BC-2).

Yarımfinalda idmançımız Bəhruz Mirzəyev İspaniyadan olan rəqibi Vasile Aqaçe, Sona Ağayeva italiyalı Klaudia Tarqa, Orxan Kərimov isə belçikalı Fransis Rmbuts ilə qarşılaşacaqlar.

Yarıfinallara Bakı vaxtı ilə saat 16:30-da start veriləcək.

Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

0.4242730140686