Məşhur ulduzun həbsindən sonra “Warner Bros.” onunla film çəkilişlərini dayandırdı - FOTO

 

“Fantastik məxluqlar və onların yaşadıqları yer” (“Fantastic Beasts and Where to Find Them”) filminin ulduzu, 29 yaşlı Ezra Miller keçən ay həbs olunduqdan sonra “Warner Bros.” filmlərinin çəkilişlərindən uzaqlaşdırılıb.

Bildirilir ki, qərar martın 30-da qəbul edilib.

Havaydakı karaoke barlarının birində xuliqanlıqda və təcavüzdə ittiham olunan sənətçinin qalmaqallı davranışından sonra “Warner Bros.” kinostudiyası DC ilə birlikdə Millerin iştirak etdiyi layihələr üzərində işi dayandırıb.

Mənbənin məlumatına görə, “Fleş” (“Flash”) filminin çəkilişləri zamanı da Ezra özünü qeyri-adekvat aparıb, tez-tez özündən çıxıb.

Miller ilə çəkilişlərin nə vaxt davam etdirilməsinin planlaşdırıldığı və şirkətin ulduzla əməkdaşlığa davam edib-etməyəcəyi barədə hələlik heç nə məlum deyil.

Xatırladaq ki, Ezra Miller Havayda karaoke barında dava salıb, orada olanları təhqir edib, bir qadının əlindən mikrofonu alıb, həmçinin “dart” oynayan kişiyə hücum edib. Şahidlərin polisə müraciət etməsindən sonra aktyor 500 dollar girov müqabilində həbsdən azad edilib, lakin azadlığa çıxandan sonra ulduz yerli sakinlərin evinə soxularaq onları hədələyib.

 

Mənbə: Rolling Stone

0.40932416915894