Alek Bolduin səkkizinci dəfə ata olacaq

Aktyor Alek Bolduin sosial şəbəkədə paylaşım edərək çoxuşaqlı ata olmasının səbəblərini izah edib.

Məşhur bildirib ki, ki, valideyn olmaq əladır. Buna görə də həyat yoldaşı Hilaria ilə birlikdə daha bir uşağa sahib olmaq istəyiblər.

Qeyd edək ki, bu yaxınlarda kino ulduzu yenidən ata olacağını açıqlayıb.

Hazırda 64 yaşlı Alek və həyat yoldaşı Hilaria altı uşaq böyüdürlər: Onların iki qızı (8 yaşlı Karmen və 1 yaşlı Lusiya) və dörd oğlu (6 yaşlı Rafael, 5 yaşlı Leonardo, 3 yaşlı Romeo və yaş yarımlıq Eduardo) var.

Bundan əlavə, Bolduinin aktrisa Kim Beysinqerlə ilk evliliyindən 26 yaşlı İrlandiya adlı qızı da var.

Mənbə: gazeta.ru

0.35966801643372