Rihannadan ayrılan reper saxlanıldı

Polis 2021-ci ilin noyabrında baş verən atışma hadisəsində əli olduğu iddiası ilə çərşənbə günü Los Anceles Beynəlxalq Hava Limanında amerikalı reper A$AP Rokkini (əsl adı Rakim Mayers) saxlayıb.

Bildirlib ki, insident reperin sevgilisi, pop müğənnisi Rihanna ilə birlikdə dincəldiyi Barbados adasından qayıdarkən baş verib.

Polisin məlumatına görə, atışma hadisəsində zərərçəkmiş şəxs iddia edib ki, tapança ilə silahlanmış reper daha iki nəfərlə birgə küçədə ona yaxınlaşıb və bir neçə dəfə atəş açaraq qolundan yaralayıb.

Mənbə: TASS

0.43199896812439