İzzət Bağırov mətbuatdan gizli saxladığı mövzulardan DANIŞDI

“Bu gün sosial şəbəkələrin dövranıdır. Bəzən hansısa verilişdə qonaq olarkən əsas mövzudan əlavə, dolayı yolla sözarası bir başqa mövzudan da danışırıq. Görürəm ki, səhəri gün həmin mövzu sosial şəbəkələrdə manşetə çıxarılıb. Tamaşaçılar da heç müsahibənin içini oxumurlar, başlıqdan tutub gedirlər. Acıq çıxmaq istəyənlər müğənnilərdən yapışırlar. “Instagram”ına girir, hirsini həmin müğənninin səhifəsindən çıxır”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İzzət Bağırov deyib.

O, daha sonra əlavə edib:

“Bu gün müğənnilərin evləri, maşınları kreditdədir. Bir çoxu pandemiya vaxtında da bunu etiraf etdi. Təbii ki, mənim də kreditlərim olub, amma bu gün yoxdur. Mən hər şeyi sosial şəbəkələrdə paylaşmıram, danışmıram. Mən də xəstəxanaya düşmüşəm, əməliyyat olunmuşam, mənim də əziyyətim olub. İnsan var, həm danışır, həm də göstərir. Adicə qoluna bir sistem taxırlar, çəkib paylaşır ki, sistem altındayam”, - deyə müğənni bildirib.

İzzət Bağırov reytinq axtarışında olan verilişlərdən də danışıb:

“Bəzən elə şeylər yaşayırsan ki, bunu mətbuatdan, televiziyadan gizli saxlayırsan. Aparıcılar dəvət edəndə xahiş edirsən ki, bu haqda bir kəlmə də mənə sual vermə. Mövzunu fırladıb gətirib çıxarır həmin məsələnin üstünə. O da reytinq axtarışındadır. Hər bir insanın şəxsi, daxili problemləri var. Onlara toxunmaq olmaz”, - deyə sənətçi bildirib.

0.3627598285675