Alla Puqaçova və Maksim Qalkin İsraildə kameralara yaxalandılar - VİDEO

Rusiyalı pop diva Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin İsraildə kameralara tuş gəliblər.

Puqaçova Rusiyaya nə zaman qayıdacağı barədə jurnalistin sualını cavablandırıb.

O bildirilib ki, tətil bitdikdən sonra, sentyabrın 1-də Rusiyaya qayıdacaqlar.

“Sentyabrın 1-də uşaqlar məktəbə getməlidir. İndi onlar dərsi onlayn keçirlər”, - deyə 73 yaşlı ifaçı bildirib.

Qalkin isə suallara nəzakətlə susmaqla cavab verib.

Xatırladaq ki, məşhurlar Rusiyanın Ukraynaya hücuma başlamasından sonra uşaqları ilə Rusiyanı tərk edərək İsrailə gediblər.

Mənbə: StarHit
0.43675112724304