Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib - SƏBƏB + FOTO

 

Ermənipərəst mövqeyi və Azərbaycanı təhqir etməsi ilə məşhur olan rusiyalı müğənni Lyubov Uspenskayanın Bakı konserti ləğv edilib.

Konsert oktyabrın 9-da “Congress Hall”da baş tutmalı idi.

Bakı sakinlərindən biri Azərbaycanın Mədəniyyət Nazirliyinə qarşıdan gələn konsertlə bağlı şikayət ərizəsi ilə müraciət edib və o, idarənin nümayəndələrinə bildirib ki, Lyubov Uspenskaya qızğın ermənipərəst mövqedən çıxış edir. Qeyd olunub ki, KİV-də və sosial şəbəkələrdə Azərbaycana və onun rəsmilərinə qarşı təhqirlərlə çıxış edən Uspenskaya, bununla yanaşı, sadə azərbaycanlıları guya sevdiyini ifadə edib.

Nazirlik müğənninin paylaşımlarını oxuduqdan sonra Lyubov Uspenskayanın konsertinin ləğv edildiyini bildirib. Qısa müddət ərzində konsertin elanı da “iTicket” platformasından silinib.

 

Mənbə: Sputnik Azərbaycan

0.42220091819763