ŞOK təklif-Dövlət təhsil müəssisələrində onlayn kamera quraşdırılsın

Şagirdlər niyə Attestatsız qalsın? Bu fənlər şagirdləri Ali təhsildən məhrum edir! Məktəblərdə..

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News TV-nin təhsildə olan problemlərlə bağlı suallarını cavablandırıb.

  • Fuad müəllim, artıq orta təhsil müəssisələrində yuxarı siniflərdə keçirilən buraxılış imtahanları başa çatıb. Bu imtahanların gedişində hansı problemlərin qaldığı özünü göstərdi. Necə hesab edirsiz, bunlardan necə qurtulmaq olar? Hansı islahatlara, yaxud dəyişikliyə gedilməlidir?
  • - Dövlət İmtahan Mərkəzinin (DİM) mart ayında keçirdiyi XI sinif buraxılış imtahanlarının nəticələri açıqlanandan sonra, yoxlanılması zamanı çoxlu qüsurlara yol verildiyi ortaya çıxdı. 50 minə yaxın şagird imtahanda iştrak edib. Onlardan 10 mindən çoxu imtahan nəticələrindən narazı qalaraq Apellyasiya şikayəti verib. İmtahanda iştirak edənlər deyirlər ki, cavablar şəffaf şəkildə yoxlanılmayıb. Bəzi şagirdlərin eyni suala eyni cavabı yazmağına baxmayaraq, birinə bal verilib, digəri sıfır balla qiymətləndirilib. Bundan əlavə, nəzərə alsaq ki, açıq suallara şagirdlərin müxtəlif fikirləri ola bilə, DİM-in meyarında yazıldığı kimi tam yazılmayıb deyə, avtomatik olaraq sıfır bal verilir. Digər narazılıq isə sual kitabçaları ilə bağlıdır. DİM tərəfindən uşaqların heç birinə sual kitabçası verilməyib, amma abituriyentlərə yaddaqalan suallar əsasında şikayətlərini bildirmələrini deyiblər. İmtahan iştirakçıları isə təqdim olunan 85 test tapşırığını yadda saxlamağın çətin olduğunu bildirirlər. Narazılıqların başlıca səbəblərindən biri ondan ibarət idi ki, cavablandırılması şagirdlərdən tələb olunan açıq tipli yazılı sualların yoxlanılması və qiymətləndirilməsi düzgün aparılmayıb.
  • - Orta məktəb Şagirdlərinin ümumi tədrisdən savayı paralel repititor yanına getməsi uzun illərdir həm də təhsil probleminin göstəricisi kimi müzakirə olunur. Yəni məktəbli repititor yanına gedirsə demək ümumi tədris prosesi zamanı lazımi səviyyədə bilik ala bilmir. Təhsilin səviyyəsini artırmaq üçün hansı islahata gedilməli və Repititorluq sisteminə yanaşma necə olmalıdır?
  • -Təhsilin tətbiqi zamanı meydana çıxan bir neçə problem - müəllimin təlimi, müəllimin maaşı və müəllimin aldığı rüşvət - müzakirə mərkəzindədir. Çətinlik məhz təhsil prosesinin əsas siması olan müəllimlə əlaqədardır. Bu problemləri qaldırmaq üçün məsələn belə bir təklif verirəm: Dövlət təhsil müəssisələrində onlayn kamera quraşdırılsın. Kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Hesab edirəm ki, təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Azərbaycanda bəzi uşaq bağçalarında, məhkəmələrdə kameralar quraşdırılıb. Niyə təhsil müəssələrində, məktəblərdə, universitetlərdə olmasın. İkinci təklifim: Müəllim yetişdirdiyi hər bir şagirdə görə, mükafatlandırılmalıdır. Yəni ki, yaxşı oxuyan şagirdə görə tədris ilin sonunda müəllimin maaşına müəyyən mükafat əlavə edilsin. Beləliklə, dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimləri stimullaşdıracaq, “repetitor yoluxması" xəstəliyindən sağalacaq. Ümumiyyətlə, hesab edirəm ki, təhsil sistemində böyük islahatlara ehtiyac var. Elmi-nəzəri mövzuları bir qədər sadələşdirmək lazımdır. Bu, bir neçə fənlə bağlıdır. Misal üçün riyaziyyat, riyaziyyat böyük elmdir. Fikrimcə, humanitaryönümlü şagirdlərə IX-XI siniflərdə keçmək lazım deyil. Məncə, fənləri sadələşdirmək, sayını azaltmaq, lazımdır. Goğrafiya, Ədəbiyyat, Tarix və rəssamlığa meyl edən şagird niyə Attestatsız qalsın?! Niyə Ali təhsil almasın?! Riyaziyyat həmişə belə kötük rolunu oynayır. Və yaxud xarici dil imtahanları. Xarici dil bilmək niyə bela vacibdir? Bəyəm bizim tanınmışlar xarici dili bildiyinə görə tanınıblar. Korifey aktyorlarımız Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslanov xarici dili bildiklərinə görə məşhurlaşdılar? Ona görə də onu sadələşdirməliyik. Elə etməliyik ki, riyaziyyat humanitaryönümlü şagirdlərə ali təhsil almaq üçün maneə olmasın.
0.36002397537231