Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Xeber-ps.com xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 2,63 ABŞ dolları və ya 2,2% artaraq, 121,62 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.57495808601379