Van Dammın oğluna azərbaycanlı həyat yoldaşından təbrik: “Səninlə altı il dost olduq” - FOTO/VİDEO

 

Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Dammın 35 yaşı tamam olub.

Xeber-ps.com-ın məlumatına görə, Krisin azərbaycanlı həyat yoldaşı Suada Hacızadə onu ad günü münasibətilə təbrik edib. 

Pianoçu təbrik videosu yayımlayaraq Krisi çox sevdiyini və ömür boyu onun yanında olacağını vurğulayıb:

“Mənim sevimli həyat yoldaşımın artıq 35 yaşı var. Həmişə yanında olacağam, biz birlikdə güclüyük. Həyatımı sənsiz təsəvvür edə bilmirəm. Səninlə altı il dost olduq. İki ildir isə bir-birimizi sevirik. Mənim tək və tək can yoldaşım. Həmişə xoşbəxt ol. Səni sevirəm”.

Qeyd edək ki, Suada ilə Kris ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurublar.

 

0.34827899932861