Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər

Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. 

Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması üzrə işçi qrupunun fəaliyyətindən danışarkən bildirib.

“Altqrupların ekspertləri çox iş görüblər”, - deyə o əlavə edib.

Qriqoryanın sözlərinə görə, işçi qrupunun növbəti iclasının tarixi yaxın vaxtlarda razılaşdırılacaq.

Mənbə: RİA Novosti

0.36678409576416