“Milan” 19-cu çempionluğunu 11 il sonra qazandı - VİDEO

Bu gün İtaliya A seriyasında 2021/2022 mövsümünə yekun vurulub.

Xeber-ps.com xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib.

Turnir cədvəlinin lideri “Milan” 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb.

İkinci pillədə olan “İnter” isə son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib.

Beləliklə, “Milan” 11 illik fasilədən sonra yenidən çempion olub.

Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, “Milan”ın ümumilikdə 19-cu çempionluğudur.

Qeyd edək ki, 3-cü pillədə 79 xalla “Napoli” qərarlaşıb.

İtaliya A seriyası
22 may

“İnter” – “Sampdoriya” - 3:0
Qollar:
 Perişiç, 49, Korrea, 55, 57

“Sassuolo” – “Milan” - 0:3
Qollar:
 Jiru, 17, 32, Kessie, 36

0.36294412612915