Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

09:10

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. 

Xeber-ps.com xəbər verir ki, Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevlə Azərbaycanın Müstəqillik Gününü birgə qeyd edəcək. 

Birgünlük səfər çərçivəsində Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana da baş çəkəcək.

0.49668002128601