ALDP rəsmisi: Bəlkə bunu Azərbaycana təzyiq etmək üçün saxlayıblar?

ABŞ prezidenti Co Bayden Azərbaycana qarşı 907-ci düzəlişin hüquqi qüvvəsini növbəti dəfə bloklayıb. Beləlilklə, ABŞ-ın Azərbaycana yönəlik hərbi dəstəyi və silah satışı qarşısında daha bir il ərzində hər hansı əngəl olmayacaq. 2002-ci ildən bütün ABŞ prezidentləri 907-ci düzəlişə münasibətdə eyni ənənəni təkrarlayırlar.

Hansı məqsədlə ABŞ Konqresi 907-ci düzəlişi birdəfəlik ləğv etmir?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin sözlərinə görə, ABŞ Azərbaycanın da yerləşdiyi bölgəyə hər zaman demokratiya, insan haqları şüarları ilə girməyə cəhd edib:

"İllərlə bu dəyərləri sözdə istismar edərək burada möhkəmləndi. Amma bu cür maskalanmaq, oyunbazlıq da bir yerə qədər idi. Fakt budur ki, ABŞ nə verdiyi vədləri yerinə yetirdi, nə də bölgənin demokratikləşməsində maraqlı oldu. Sadəcə, keçici maraqlar naminə parıltılı şüarlar, vədlər verdi”.

“Dəfələrlə seçkilərdə iştirak etmişik. Partiya üzvlərinin hüquqları pozulanda niyə müdafiə etmədilər, niyə bir bəyanat vermədilər? Amma özlərinin yaratdığı ”Beşinci kolon" nümayəndələrinin atdığı qeyri-qanuni addımların belə dərhal müdafiəsinə qalxırlar. Budurmu bunların demokratiyası?"- Nizami Verdiyev qeyd etdi.

“”Mus – mus deməkdənsə, birbaşa Mustafa demək lazımdır”. Yəniki, hər il 907-ci düzəliş bir il müddətinə dayandırılır. ABŞ 907-ci düzəlişi niyə qəbul etmişdi və niyə bu günə qədər ləğv etməyib? Dəfələrlə seçkilərdə iştirak etmişik.  Olmaz ki, bu düzəliş birdəfəlik ləğv ulunsun? Bəlkə bunu Azərbaycana təzyiq etmək üçün saxlayıblar? Əgər belə deyilsə, onda Kongres bu düzəlişi ləğv edib, Azərbaycanla normal münasibət qursunlar, daha ikilistandart siyasəti aparmasınlar”- ALDP rəsmisi bildirdi.

0.36741185188293