Nabranda VOID Musiqi Festivalı keçiriləcək – FOTO

Regionlarda müxtəlif rəngarəng festivallar davam etməkdədir.

Xeber-ps.com xəbər verir ki, növbəti festival Azərbaycan Turizm Bürosunun dəstəyi ilə 9-11 iyul tarixlərində Nabranda keçiriləcək.

VOID Musiqi Festivalı əsasən gənclər üçün təşkil olunub və özündə elektron musiqi və çadır düşərgəsini ehtiva edir. Bundan əlavə, festival qida və içki yarmarkasından, müxtәlif növ әylәncә platformalarından, yerli incәsәnәt insanlarının sәrgilәrindәn, fәrqli istirahәt zonalarından ibarət olacaq.

Festivala xarici turistlər də cəlb olunacaqlar.

Layihə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramının qalibidir.

Layihənin beş il keçirilməsi nəzərdə tutulub. Festivalın ilk ilində 500 iştirakçının olacağı gözlənilir. Beşinci ildə isə bu sayın beş-yeddi minə çatacağı proqnozlaşdırılır.