Türkiyəli məşhur cütlüyün Almaniyadakı nikahından GÖRÜNTÜLƏR - FOTO

2014-cü ildə yayımlanan “Kiraz mevsimi” serialında rol alarkən sevgili olan, Türkiyənin məşhur cütlüyü aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu evlənib.

Xeber-ps.com xəbər verir ki, cütlük Almaniyada nikah bağlayıb.

Onlar nikah mərasimindən görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.

Qeyd edək ki, Özge və Serkanın toyu avqustun 13-ü İtaliyanın Verona şəhərində baş tutacaq.

Nikah mərasimindən olan fotoları təqdim edirik:

0.35247087478638