Emmi mərasiminin aparıcısı bəlli oldu

Amerika Televiziya Sənəti və Elmləri Akademiyası tərəfindən verilən Emmi Mükafatlarının builki aparıcısı bəlli olub.

“Qaya” ləqəbli məşhur Hollivud ulduzu Dueyn Conson 74-cü dəfə təşkil ediləcək tədbirin aparıcısı olacaq.

50 yaşlı amerikalı aktyor bununla “həqiqətən və ciddi şəkildə fəxr etdiyini” bildirib.

Qeyd edək ki, mərasim sentyabrın 12-də keçiriləcək.

Mənbə: Haber Global

0.34380102157593