Orxan Məmmədov “Zirə”nin Müşahidə Şurasının sədri seçildi - FOTO

 KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Zirə” klubunun Müşahidə Şurasının sədri seçilib.

Xeber-ps.com-ın məlumatına görə, bu barədə O.Məmmədov “Twitter” hesabında məlumat verib.

“Bu gün komandamızla Prezident tərəfindən qəbul olunduq. Böyük şərəfi bizə yaşatdığına, uğurumuza dəyər verdiyinə görə möhtərəm Prezidentə komanda adından təşəkkür edirəm. Futbola diqqət və qayğı göstərən bir nömrəli azarkeş olan Prezidentimizin bu etimadını daima doğruldacağıq. “Zirə” PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirdik. İclasda klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edildi. Müşahidə Şurasının sədri seçilməyimlə bağlı göstərdikləri etimada görə üzvlərə təşəkkür edirəm”, - deyə O.Məmmədov qeyd edib.


 

0.32499384880066