Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti məlum olub.

Xeber-ps.com xəcər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,84 ABŞ dolları, yaxud 1,9% artaraq 98,45 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,36 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

0.35541009902954