ALDP sədri: Ermənilər nəyəsə və kiməsə ümid etməsinlər

“Erməni təxribatı nəticəsində əsgərimiz Anar Kəzımov şəhid oldu. Azərbaycan Ordusu “Qisas” adlı hərbi əməliyyata başlayaraq, düşməni darmadağın etdi. “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəklikləri nəzarətə götürüb. Bununla da şəhidimizin qanı yerdə qalmadı”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev

Baku News-a açıqlamasında bildirib.

Fuad Əliyev qeyd edib ki:

“Rəsmi Bakının bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, ermənilər və onların havadarları bizi eşitmədilər. Bu təxribatlar davamlı şəkildə davam etdi. Azərbaycan tərəfi bunu cavabsız qoya bilməzdi. Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə yaxın zamanda bizim qayıdışımız baş verəcək. Bu təxribatlarla ermənilər həmin günü daha da tezləşdirirlər”.

 “Ermənilərin hər dəfə əldə olunan razılaşmaları pozular. Bu gün razılaşıb, sabah başqa cür hərəkət etmək siyasətin axırı pis olur. BMT qətnamələrin nəticəsini necə olduğunu, gec də olsa, gördülər. Bu dəfə isə çox çəkmiyəcək. Nəyəsə və kiməsə ümid etməsinlər. Ordumuz antiterror əməliyyatı keçirərək, 9 noyabr, Moskva və Brüssel razılaşmaları, yenə də özü həyata keçirəcək”-ALDP sədri qeyd etdi.

0.40920495986938