“Dior” Conni Depp ilə çoxmilyonluq müqaviləni bərpa edib - FOTO

 

“Dior” dəb evi Hollivud ulduzu Conni Depp ilə milyonlarla dollar dəyərindəki razılaşmasına qayıdıb.

Aktyorun keçmiş həyat yoldaşı Ember Hördün ittihamlarından sonra dəb evi Depplə işləyən əksər şirkətlər kimi ondan imtina etsə də, indi məhkəməni qazandıqdan sonra onunla birgə layihələrini davam etdirmək qərarına gəlib.

Beləliklə də, “Karib dənizinin quldurları”nın ulduzu bütün il boyu “Sauvage” kişi ətirinin siması olacaq.

 

Mənbə: TMZ