Tanınmış müğənni uşaq ikən cinsi təcavüzə məruz qaldığını etiraf etdi

Britaniya əsilli amerikalı müğənni, musiqiçi və “Mumford & Sons” qrupunun solisti Markus Mamford altı yaşında cinsi istismara məruz qaldığını açıqlayıb. O, etiraf edib ki, baş verənlər uşaqlıqda qeyri-sağlam cinsi davranışa səbəb olub. Həmin hadisədən sonra gələcək ifaçı özünü əxlaqsız aparmağa başladığını da qeyd edib.

Sənətçinin yeni “Self-Titled” solo albomu, eləcə də ən populyar mahnısı olan “Cannibal” yaşadığı travmaya həsr olunub.

Mamfordun yeni albomunun buraxılışı sentyabrın 16-da planlaşdırılır.

Mənbə: lenta.ru