Qaxda 30 yaşlı kişi bıçaqlanıb

Qaxda bıçaqlanmış 30 yaşlı kişinin vəziyyəti ağırdır.

APA xəbər verir ki, saat 20 radələrində rayonun Əmbərçay kənd sakini, 1992-ci il təvəllüdlü Sahib Tofiq oğlu Muxtarov bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S.Muxtarovun üzərində təcili əməliyyat keçirilməsi qərarı verilib, hazırda cərrahiyyə əməliyyatı aparılır.

Hadisə ilə bağlı Qax rayon Polis Şöbəsində təhqiqat başlanılıb. S. Muxtarovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması araşdırılır.

0.39346408843994