“Mançester Siti” darmadağına, “Liverpul” son dəqiqə qoluna sevindi – YENİLƏNİB + VİDEO

Turun daha bir qarşılaşması Liverpulda keçirilib.

Eyniadlı komanda “Nyukasl”ı qəbul edib.

Matçın gedişində 0:1 hesabı ilə geri düşən mersisaydlılar ikinci hissədə əvvəlcə bərabərliyi əldə ediblər.

Matçın sonuna əlavə olunmuş dəqiqələrdə isə daha bir qol vuran “Liverpul” yekunda 3 xalı qazanan tərəf olub.

00:41

İngiltərə Premyer Liqasında V tur davam edir.

Xeber-ps.com xəbər verir ki, lider “Arsenal” ardıcıl beşinci oyunundan da qalib ayrılıb.

“Topçular” doğma azarkeşləri önündə “Aston Villa”dan üstün olublar – 2:1.

Günün digər matçında “Mançester Siti” “Nottingem Forest”lə üz-üzə gəlib.

Azarkeşlərin altı qola şahidlik etdikləri matçda bütün qolları Qvardiolanın tələbələri vurublar – 6:0.

0.3935980796814