“Qarabağ”ın rəqibi evdə inamlı qələbə qazandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" Yunanıstan çempionatında növbəti oyununa çıxıb. 

Qol.az xəbər verir ki, komanda 3-cü turda "Lonikos"la qarşılaşıb. Görüş "Olimpiakos"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Olimpiakos" turnir cədvəlində 7 xalla 2-ci, "Lonikos" isə 1 xalla 11-cidir.

"Olimpiakos" - "Lonikos" - 3:1

Qollar: Bouxalakis, 17, Biel, 45, 90+4 - Mendoza, 49

0.32890701293945