“Neftçi” inamlı qələbə qazandı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda daha bir görüş keçirilib.

“Neftçi” öz meydanında “Sumqayıt”ı üç cavabsız qolla məğlub edib.

Bu qələbədən sonra paytaxt klubu xalını 12-yə çatdıraraq 3-cü pilləyə yüksəlib.

Hazırda “Qarabağ” və “Sabah” da “Neftçi” ilə eyni xala malikdir. Lakin Laurentsiu Regekampfın baş məşqçi olduğu kollektiv rəqiblərindən bir oyun artıq keçirib.

“Neftçi”- “Sumqayıt” – 3:0

Qollar: Qol: Ataa Caber, 19, Emin Mahmudov, 54 pen., Rəhman Hacıyev, 76

0.40650486946106