“Azərişıq”dan yüksəkgərginlikli elektrik xəttində baş vermiş partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bakının Nizami rayonunda yüksəkgərginlikli elektrik xəttində baş vermis təhlükəli qəza ilə bağlı “Azərişıq” ASC açıqlama verib.

Qurumun mətbuat xidmətindən Xeber-ps.com-a bildirilib ki, qəza baş verəndən sonra təmir-bərpa briqadaları əraziyə yollanıb.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib. Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək”, - deyə qurumun açıqlamasında deyilib.

19:44

Bakıda yüksəkgərginlikli elektrik xəttində qəza baş verib.

Xeber-ps.com-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində olub.

Bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Hadisənin görüntülərini təqdim edirik:

 

0.45649981498718