“Brayton”un yarımmüdafiəçisi baş məşqçi vəzifəsini icra edəcək

“Brayton”un yarımmüdafiəçisi Adam Lallana müvəqqəti olaraq klubun baş məşqçisi vəzifəsini icra edəcək.

Belə ki, komandanın keçmiş rəhbəri Qrem Potter londonlularla 5 illik müqavilə imzalayaraq “Çelsi”yə keçib.

34 yaşlı Lallana komandanın aktiv oyunçusudur. Bununla belə, o, klubun gənclərdən ibarət kollektivinin məşqçisi Endryu Kroftsla birgə komandanı növbəti oyuna hazırlayacaq.

Qeyd edək ki, “Brayton” Premyer Liqanın növbəti turunda sentyabrın 10-da “Bornmut”la qarşılaşacaq.

Yalnız bundan sonra klub baş məşqçi axtarışına çıxacaq. Oktyabrın 1-dək komandanın digər oyunları olmayacaq.

Mənbə: sports.ru

0.40340805053711